Səudlar Yəmənin Həccə vilayətində ağır tələfata uğrayıblar
-
Səudlar Yəmənin Həccə vilayətində ağır tələfata uğrayıblar
Yəmənin ordusu və xalq komitələri qüvvələrinin bu ölkənin Həccə vilayətindəki əməliyyatında 120 səud muzduru ölüb və yaralanıbdır.
Yəmənin ordusu və xalq komitələri qüvvələri həmçinin Ərəbistanın cənubunda eyni vaxtda üç raket, artilleriya və pilotsuz əməliyyatı həyata keçiriblər.
Yəmənin son raket, artilleriya və pilotsuz əməliyyatları təcavüzkar səud koalisiyasının Yəmənin qərbində yerləşən əl-Hudəydə məntəqəsindəki atəşkəsə sadiq qalmaması və İsveç razılaşmasını pozmasına cavab olaraq həyata keçirilir.
Yəmən silahlı qüvvələrinin sözçüsü Yəhya Səri bildiribdir ki, əl-Hudəydədə atəşkəs razılaşmasının ilk mərhələsinin icrası ilə bir zamanda səud koalisiyası 53 dəfə atəşkəsi pozubdur.
İsveçdə yəmənli qruplar arasında razılaşdırılmış atəşkəs dekabrın 18-i səhər tezdən əl-Hudəydə liman şəhərində başlanıbdır.
Əl-Hudəydə liman şəhəri Yəmənə humanitar yardımların göndərilməsi üzrə başlıca istiqamətdir.