Ümumdünya Ərzaq Proqramı: 20 milyon yəmənli qida çatışmazlığı ilə üzləşir
-
Ümumdünya Ərzaq Proqramı: 20 milyon yəmənli qida çatışmazlığı ilə üzləşir
BMT-nin Ümumdünya Ərzaq Proqramı Yəmənin durumunu faciəli adlandırıb. Bildirib ki, 20 milyon yəmənli qida çatışmazlığı ilə üzləşir.
Ümumdünya Ərzaq Proqramı qeyd edib ki, Yəmən xalqı qida əmin-amansızlığı altında yaşayır.
Bu proqramın direktoru da son zamanlar bildirmişdi ki, on səkkiz milyon yəmənli aclıq təhlükəsi qarşısındadır.
Devid Bisli həmçinin Yəmən savaşına son qoyulması vacibliyini vurğulamış və qeyd etmişdi ki, Yəmən xəstəxanalarında xəstələrin durumu faciəlidir.
BMT-nin humanitar məsələlər üzrə Yəməndəki koordinatoru Liz Qrandi də son zamanlar xəbərdarlıq etmişdi ki, Yəməndə müharibənin davam etməsi bu ölkədə ümumölkə qıtlığı ilə nəticələnəcəkdir.
Ərəbistan ABŞ, Birləşmiş Ərəb Əmirlikləri və bir neçə digər ölkənin himayəsilə 2015-ci ilin martından Yəmənə hərbi təcavüz edərək, bu ölkəni quru, dəniz və havadan mühasirəyə alıbdır. Ərəbistan ilə müttəfiqlərinin militarizmi indiyədək on dörd mindən çox yəmənlinin həyatını itirməsi, on minlərlə nəfərin yaralanması və milyonlarla yəmənlinin didərgin düşməsilə nəticələnibdir.
Ərəbistanın hərbi təcavüzü habelə yoxsul Yəmən ölkəsini kəskin qida və dərman çatışmazlığı ilə üzləşdiribdir.