Səud koalisiyası əl-Hudəydədə atəşkəsi pozmaqda davam edir
-
Səud koalisiyası əl-Hudəydədə atəşkəsi pozmaqda davam edir
Yəmən silahlı qüvvələrinin sözçüsü dünən gecə bu ölkənin qərbində yerləşən əl-Hudəydə şəhərində atəşkəs razılaşmasının təcavüzkar səud koalisiyası tərəfindən pozulmasının davam etməsindən xəbər verib.
Yəhya əl-Səri qeyd edib ki, səud təcavüzkarları və onların muzdurları ötən sutka ərzində 31 dəfə əl-Hudəydə şəhərində atəşkəsi pozublar.
Əl-Səri həmçinin deyib: Səud qırıcıları dünən Yəmənin digər məntəqələrində 16 hava hücumu həyata keçiriblər.
Bundan öncə də hazırda əl-Hudəydə şəhərində olan bu şəhərdə atəşkəs razılaşmasına nəzarət üzrə BMT komitəsinin sədri Patrik Kammaert demişdi ki, Yəməndə atəşkəs son dərəcə kövrək olaraq, daima pozulur.
İsveçdə yəmənli qruplar arasında razılaşdırılmış atəşkəs dekabrın 18-i səhər tezdən əl-Hudəydə liman şəhərində başlanıb, amma səud koalisiyası hər gün onu pozur.
Əl-Hudəydə liman şəhəri Yəmənə humanitar yardımların göndərilməsi üzrə başlıca istiqamətdir.
Yəmən sülh müzakirələrinin dördüncü dövrü yəmənli tərəflərin iştirakı və BMT baş katibinin Yəmən məsələləri üzrə xüsusi nümayəndəsi Martin Qrifitsin sədrliyi ilə dekabrın altısında İsveçin Stokholm şəhərində başlandı və dekabrın 13-də tərəflərin əl-Hudəydədə atəşkəs barədə razılaşması ilə öz işini başa vurdu.
İndiyədək Yəmən savaşına son qoymaq üçün bir neçə dəfə fəaliyət göstərilib, amma hər dəfə Ərəbistanın və müttəfiqlərini sabotajı ilə bu fəaliyyətlər dalana dirənibdir.
Ərəbistan ABŞ, Birləşmiş Ərəb Əmirlikləri və bir neçə digər ölkənin himayəsilə 2015-ci ilin martında Yəmənə hərbi təcavüz edərək, bu ölkəni quru, dəniz və havadan mühasirəyə alıbdır. Ərəbistan ilə müttəfiqlərinin militarizmi indiyədək on dörd mindən çox yəmənlinin həyatını itirməsi, on minlərlə nəfərin yaralanması və milyonlarla yəmənlinin didərgin düşməsilə nəticələnibdir.
Ərəbistanın hərbi təcavüzü habelə yoxsul Yəmən ölkəsini kəskin qida və dərman çatışmazlığı ilə üzləşdiribdir.