2018-ci ildə Ərəbistanın Yəmənə qarşı hücumları kəskinləşib
-
2018-ci ildə Ərəbistanın Yəmənə qarşı hücumları kəskinləşib
Yəmən silahlı qüvvələrinin sözçüsü dünən bir hesabatda bildirib ki, səud rejimi və bu rejimin himayədarlarının qırıcıları 2018-ci ildə Yəmənin müxtəlif məntəqələrini on beş min üç yüz əlli üç dəfə bombardman ediblər.
Yəhya əl-Səri dünən səud rejiminin 2018-ci ildə Yəmənə qarşı təcavüzləri haqda hesabat təqdim edərək, əlavə edib: 2018-ci ildə Ərəbistanın qırıcı-bombardmançı təyyarələri orta hesabla gündə əlli dəfə Yəməni bombardman ediblər.
Yəmən silahlı qüvvələrinin sözçüsü əlavə edib: Səud koalisiyasının qırıcıları həmçinin Yəmənin müxtəlif məntəqələrini bombarman etdikləri 244 halda kasset bombalarından istifadə ediblər.
Yəhya əl-Səri Yəmənin əl-Hudəydə şəhərindəki atəşkəsin pozulmasına da toxunub: Əl-Hudəydə şəhərində atəşkəsin başlanmasından bəri səudiyyənin başçılıq etdiyi təcavüzkar koalisiya onu 801 dəfə pozubdur.
İsveçdə yəmənli qruplar arasında razılaşdırılmış atəşkəs dekabrın 18-i səhər tezdən əl-Hudəydə liman şəhərində başlanıb, amma səud koalisiyası hər gün onu pozur.
Əl-Hudəydə liman şəhəri Yəmənə humanitar yardımların göndərilməsi üzrə başlıca istiqamətdir.
Ərəbistan ABŞ, Birləşmiş Ərəb Əmirlikləri və bir neçə digər ölkənin himayəsilə 2015-ci ilin martında Yəmənə hərbi təcavüz edərək, bu ölkəni quru, dəniz və havadan mühasirəyə alıbdır. Ərəbistan ilə müttəfiqlərinin militarizmi indiyədək on dörd mindən çox yəmənlinin həyatını itirməsi, on minlərlə nəfərin yaralanması və milyonlarla yəmənlinin didərgin düşməsilə nəticələnibdir.
Ərəbistanın hərbi təcavüzü habelə yoxsul Yəmən ölkəsini kəskin qida və dərman çatışmazlığı ilə üzləşdiribdir.