Kürd yaraqlıları Mənbicdən geri çəkiliblər
Suriyanın xəbər mənbələri bildiriblər ki, kürd yaraqlıları Suiryanın Hələb vilayətinin Mənbic şəhərindən Fərat çayının şərq səmtinə doğru geri çəkiliblər.
Suriya müdafiə nazirliyi dünən gecə bildirib ki, kürd yaraqlıları Mənbic şəhərindən 25 kilometr şimal-şərqdə yerləşən bir kənddə mövqe tutmuş dörd yüz kürd qüvvəsini daşıyan otuzdan çox avtomobillə bu məntəqədən geri oturublar.
Kürd yaraqlıların geri çəkilmələri bundan öncə Suriya ordusu ilə YPG arasında əldə olunmuş razılaşma çərçivəsindədir ki, ona əsasən, Suriyanın şimalında adi şərait hökm sürmüş olsun.
Suriya ordusunun Mənbic şəhərinə daxil olması və kürd silahlı ünsürlərin bu şəhərdən çıxmaları ABŞ prezidentinin ötən il dekabrın on doqquzunda iki minə yaxın xüsusi təynatlı amerikan qüvvənin Suriyadan çıxmasını elan etməsindən sonra həyata keçir.