BMT Bəhreyn rejimi müxaliflərinin yatırdılmalarını tənqid edib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i331795-bmt_bəhreyn_rejimi_müxaliflərinin_yatırdılmalarını_tənqid_edib
BMT-nin insan haqları idarəsi Bəhreyn rejimindən istəyibdir ki, bəhreynli vətəndaş fəalı Nəbil Rəcəbin beşillik həbsinə son qoysun.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 04, 2019 16:27 Asia/Baku
  • BMT Bəhreyn rejimi müxaliflərinin yatırdılmalarını tənqid edib

BMT-nin insan haqları idarəsi Bəhreyn rejimindən istəyibdir ki, bəhreynli vətəndaş fəalı Nəbil Rəcəbin beşillik həbsinə son qoysun.

Bu beynəlxalq orqan bir bəyanat yayaraq, Manamanın hərəkətini ali-xəlifə hökuməti tərəfindən bu rejimi tənqid edənlərin yatırdılmalarının davamı hesab edibdir.

Nəbil Rəcəb 2017-ci il fevralın 21-də beş il həbsə məhkum edildi. Səbəb də bu oldu ki, o, twitter səhifəsində Yəmənə qarşı savaşda ərəbistan və əmirliklərlə həmkarlığa və Bəhreyndə insan haqlarının acınacaqlı vəziyyətinə görə, ali-xəlifə rejimini tənqid etmişdi.

Bu beynəlxalq orqan əlavə edib: Bəhreyn ali məhkəməsinin qərarı bəhreynli tənqidçilərin təhdid, repressiya, səfərin qadağan olunması və özbaşına həbslər yolu ilə bu ölkənin məsul şəxsləri tərəfindən yatırılmalarının davam etməsinin nişanəsidir.

BMT-nin insan haqları idarəsi həmçinin bildirib: Ərəbistanın səudiyyəli tənqidçi jurnalist Camal Qaşıqçının qətlində ittiham olunanlar barədəki tədbirləri yetərli deyildir.

BMT habelə bu jurnalistin qətli ilə bağlı beynəlxalq orqanların iştirakı ilə müstəqil təhqiqatın aparılmasını istəyib.

BMT-nin insan haqları idarəsinin bəyanatı ərriyad-da Qaşıqçının qətli ilə bağlı müttəhimlərin ilk zahiri məhkəmə iclasının keçirilməsindən bir gün sonra yayılıbdır.

Ərəbistan elə bir halda Qaşıqçının qətli işi ilə bağlı amillərin mühakiməsindən xəbər veribdir ki, bütün faktlar bu işdə birinci dərəcəli müttəhimin məhz səud vəliəhdi Muhəmməd bin Salmanın olduğunu göstərir. Hamıya aydındır ki, bu zahiri hərəkət yalnız insan haqları məsələsində Ərəbistanın bulanmış simasını təmizə çıxarmaq üzrə bir səydir.