Qahirədə bir kilsə yaxınlığında partlayış baş verib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i331885-qahirədə_bir_kilsə_yaxınlığında_partlayış_baş_verib
Misirli mənbələr bu ölkənin paytaxtı Qahirənin mərkəzində yerləşən "əl-Əzra" kilsəsinin yaxınlığında bir bomba partlayışından xəbər veriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 06, 2019 07:27 Asia/Baku
  • bir kilsə yaxınlığında partlayış baş verib
    bir kilsə yaxınlığında partlayış baş verib

Misirli mənbələr bu ölkənin paytaxtı Qahirənin mərkəzində yerləşən "əl-Əzra" kilsəsinin yaxınlığında bir bomba partlayışından xəbər veriblər.

Bu partlayışda bir misirli hərbçi ölüb, üç nəfər də yaralanıbdır.

Misir televiziyası bildirib ki, bu misirli hərbçi həmin bombanı zərərsizləşdirməyə çalışarkən ölübdür.

Partlayış Misir qibtilərinin milad bayramına iki gündən az bir vaxt qalarkən baş veribdir.

Misirin ortodoks qibti xristianları yanvarın yeddisini Həzrət İsa Məsih(ə)-ın milad günü və yeni milad ilinin başlanması günü bilərək, bayram edirlər.

Misirin ortodoks xristianları bu ölkənin səksən milyonluq əhalisinin on faizini təşkil edirlər.

Misir son illərdə, xüsusən 2013-cu ildə bu ölkə ordusu tərəfindən Muhəmməd Mursi hökumətinin devrilməsindən sonra terror hücumları və əmin-amansızlığın artması ilə üzləşir.