BMT-nin Yəmən məsələləri üzrə xüsusi nümayəndəsinin Sənaya ilk səfəri
https://azeri.sahartv.ir/news/qərbi_asia-i331894-bmt_nin_yəmən_məsələləri_üzrə_xüsusi_nümayəndəsinin_sənaya_ilk_səfəri
Yəmənin ordusu və xalq qüvvələrinin hücumlarında Ələb məntəqəsində irəliləmək niyyətində olan onlarla səud muzduru ölüb və yaralanıbdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 06, 2019 12:22 Asia/Baku
  • BMT-nin Yəmən məsələləri üzrə xüsusi nümayəndəsinin Sənaya ilk səfəri
    BMT-nin Yəmən məsələləri üzrə xüsusi nümayəndəsinin Sənaya ilk səfəri

Yəmənin ordusu və xalq qüvvələrinin hücumlarında Ələb məntəqəsində irəliləmək niyyətində olan onlarla səud muzduru ölüb və yaralanıbdır.

BMT-nin Yəmən məsələləri üzrə xüsusi nümayəndəsi təcavüzkarların dəfələrlə pozduqları İsveç razılaşmasının imzalanmasından sonra Yəmənə ilk səfərində bu ölkəyə daxil olub. Müşahidəçilərin fikrincə, Martin Qrifitsin bu səfərdə məqsədi, BMT-nin təcavüzkar ölkələri İsveç razılaşmasında əl-Hudəydə ilə bağlı hissənin icrasına məcbur etməkdə nakam qalmasının əsaslandırılmasıdır.

Belə bir halda, hərbi qüvvələrin bu əyalətdən geri çəkilmələrinə təkcə dörd gün qalıbdır.

Kişi: BMT-nin Yəmən məsələləri üzrə xüsusi nümayəndəsinin səfəri yalnız əl-Hudəydədən çıxması üçün təcavüzkar koalisiyaya daha artıq möhlərin verilməsi istiqamətində milli qurtuluş hökumətindən xahişin edilməsinə görə olubdur. Zira təcavüzkar koalisiya indiyədək öz qüvvələrini əl-Hudəydədən çıxarmayıbdır.

Martin Qrifitsin Sənaya daxil olması ilə bir zamanda xərçəngə tutulmuş bir qrup yəmənli uşaq və yeniyetmə və hüquq fəalları hava limanının ətrafına toplaşıblar. Onlar  Səna hava limanı qadağası və Yəmənin hərtərəfli mühasirəsi səbəbinə görə, BMT-nin diqqətini özlərinin geniş müalicə problemləri və əzablarına çəkməyə çalışıblar. Yəmənli uşaq və yeniyetmələr humanitar dəlillərə görə, Səna hava limanının yenidən açılmasını istəyiblər.

Kişi: Səna hava limanının mühasirəsinin aradan qaldırılması əlsində planlaşdırılmış soyqırımına məruz qalan 878 min xəstəyə qarşı mühasirənin aradan qaldırılması deməkdir. Bu xəstələrə xərçəng, böyrək çatışmazlığı, diabet xəstələri və ümumiyyətlə müalicə üçün dərmana və tibb mərkəzlərinə ehtiyac duyan bütün xəstələr aiddir.

Kişi: Yəməndə insani vəziyyət Səna hava limanının bağlı olmasına görə, son dərəcə ağırdır. Xəstələrin bir çoxu öz müalicə kurslarını izləmək üçün xaricə səfər etməyə ehtiyaclıdır.

Meydan istiqamətində və təcavüzkarlar tərəfindən Yəməndə atəşkəsin ardıcıl şəkildə pozulmasının ardınca ordu və xalq qüvvələri səudların və onların muzdurlarının Cizandakı mövqelərini səkkiz ədəd "Zəlzal" raketi və artilleriya hücumları ilə hədəfə alıblar. Bu hücumlar zamanı Ələb məntəqəsində irəliləmək niyyətində olan onlarla səud muzduru ölüb və yaralanıbdır.