Suriyada təkfirçi terrorçular arasındakı toqquşmalarda 200-dən çox terrorçu öldürülüb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i331919-suriyada_təkfirçi_terrorçular_arasındakı_toqquşmalarda_200_dən_çox_terrorçu_öldürülüb
Suriyanın İdlib və Hələb şəhərləri ətrafında təkfirçi terrorçuların bir-biriləri ilə silahlı toqquşmalarının ardınca hər iki tərəfin ünsürlərindən 200 nəfər öldürülüb və yüzlərlə nəfər də yaralanıbdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 07, 2019 10:01 Asia/Baku
  • Suriyada təkfirçi terrorçular arasındakı toqquşmalarda 200-dən çox terrorçu öldürülüb
    Suriyada təkfirçi terrorçular arasındakı toqquşmalarda 200-dən çox terrorçu öldürülüb

Suriyanın İdlib və Hələb şəhərləri ətrafında təkfirçi terrorçuların bir-biriləri ilə silahlı toqquşmalarının ardınca hər iki tərəfin ünsürlərindən 200 nəfər öldürülüb və yüzlərlə nəfər də yaralanıbdır.

"Milli azadlıq cəbhəsi" adlı terror qrupu ilə "Cibhətunnusrə"nin tabeliyində olan "Heyəti Təhrirulşam heyəti" adlı terror qrupu arasındakı daxili döyüşlər yanvarın birindən başlanıb və terror qruplarının hər biri şimal məntəqələrində öz nüfuzunu artırmağa çalışır.

Onlarla terrorçunun cəsədi hələ də Mərə əl-Niman-Səraqəb beynəlxalq şose yolunun ətrafında yer üzərində qalıbdır.

Bundan öncə Türkiyədən dəstək alan "Milli azadlıq cəbhəsi" adlı terror qrupunun tabeliyində olan "Nurəddin əl-Zənki" terror qruplaşması son zamanlar "Cibhətunnusrə" terrorçularına məğlub olduqdan sonra özünün buraxıldığını elan etdi.

Terrorçulara yaxın olan mediaların bildirdiklərinə görə, özlərinin Suriyadakı son gizli məkanlarında qalmış İŞİD qalıqları arasında təslim olmaq və ya olmamaq üstündəki ixtilaflar şiddətlənibdir.