Yəmənlilər Ərəbistanın cənubuna raket zərbəsi endirdilər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i331975-yəmənlilər_Ərəbistanın_cənubuna_raket_zərbəsi_endirdilər
Yəmən ordusu və xalq qüvvələri bazar ertəsi günü axşam Ərəbistanın cənubunda, Nəcran məntəqəsində səudiyyə muzdlularının toplaşdıqları məkanı bir ədəd "Zilzal-1" ballistik raketi ilə hədəfə alıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 08, 2019 07:09 Asia/Baku
  • Yəmən ordusu Ərəbistanın cənubuna raket zərbəsi endirdi
    Yəmən ordusu Ərəbistanın cənubuna raket zərbəsi endirdi

Yəmən ordusu və xalq qüvvələri bazar ertəsi günü axşam Ərəbistanın cənubunda, Nəcran məntəqəsində səudiyyə muzdlularının toplaşdıqları məkanı bir ədəd "Zilzal-1" ballistik raketi ilə hədəfə alıb.

Əl-Aləm kanalının verdiyi məlumata görə, bu raket hücumunun insan tələfatına dair hələ ki, məlumat yayılmayıb. 

Yəmən ordusu və xalq qüvvələri bazar günü də Ərəbistanın başçılıq etdiyi koalisiya qüvvələrinin Ərəbistanın cənubunda, Əsir vilayətində yerləşən Ələb keçidinin yaxınlığındakı hərbi bazasını da 6 ədəd "Zilzal-1" ballistik raketi ilə hədəfə almışdılar. 

Yəmən ordusu son günlər Ərəbistanın Əl-Hudəydə vilayətində atəşkəsi pozmasına cavab olaraq, raket hücumlarını bərpa edib. 

İsveçdə yəmənli qruplar arasında atəşkəslə bağlı anlaşma 18 dekabrda icraya qoyulsa da, Ərəbistanın başçılıq etdiyi koalisiya qüvvələri hər gün bu anlaşmanı intensiv şəkildə pozurlar. 

Yəmənin Əl-Hudəydə vilayəti bu ölkəyə humanitar yardımların əsas giriş nöqtəsi sayılır.