Qərb Sahilində 15 fələstinli həbs edildi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i331989-qərb_sahilində_15_fələstinli_həbs_edildi
İsrail hərbçiləri bu gün (çərşənbə axşamı) İordan çayının qərb sahilində 15 fələstinlini həbs ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 08, 2019 13:13 Asia/Baku
  • Qərb Sahilində 15 fələstinli həbs edildi
    Qərb Sahilində 15 fələstinli həbs edildi

İsrail hərbçiləri bu gün (çərşənbə axşamı) İordan çayının qərb sahilində 15 fələstinlini həbs ediblər.

Fələstin İnformasiya Mərkəzinin verdiyi məlumata görə, İsrail hərbçiləri Beyt Ləhm, Əl-Xəlil, Ramallah və Cənin məntəqəsində fələstinlilərin evlərinə basqın ediblər. 

Digər tərəfdən İsrail ordusu bu gün səhər Ramallahın şimal-qərbində Əbu Şəxidəm kəndinə hücum etdikdən sonra Əfra məntəqəsində sionistlərə qarşı müqavimət əməliyyatı törədən Asim Bərğusinin həbs edilməsindən xəbər verib. 

Dekabrdın doqquzunda Asim Bərğusi idarə etdiyi avtomobil ilə Əfra məntəqəsində sionist qəsəbə sakinlərini əzərək, təqribən 11 nəfəri yaralamışdı.