İraqın qərbində kamikadze hücumu; 25 ölü və yaralı
https://azeri.sahartv.ir/news/qərbi_asia-i332155-İraqın_qərbində_kamikadze_hücumu_25_ölü_və_yaralı
İraqın qərbində Əl-Ənbar vilayətində içərisinə bomba yerləşdirilmiş avtomobilin partladılması nəticəsində 25-dən çox adam ölüb və yaralanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 11, 2019 17:58 Asia/Baku
  • İraqın qərbində kamikadze hücumu; 25 ölü və yaralı

İraqın qərbində Əl-Ənbar vilayətində içərisinə bomba yerləşdirilmiş avtomobilin partladılması nəticəsində 25-dən çox adam ölüb və yaralanıb.

Əl-Məyadin telekanalının verdiyi məlumata görə, Əl-Qaim şəhərində baş verən bu partlayışda iki mülki həlak olub, 25 nəfər yaralanıb.

Məlumatda bildirilir ki, iki nəfər kamikadze bu əməliyyatı həyata keçiriblər. Əl-Qaim şəhərində öncə də iki kamikadze hücumu qeydə alınmışdı.

İraq qaynaqları həmçinin İŞİD terrorçularının Səlahəddin vilayətində bir ailəyə hücumunda bir nəfərin ölümü 7 nəfərin yaralanmasından xəbər veriblər.