Fələstinlilər ABŞ-ın "Əsrin Anlaşması" planına qarşı aksiya keçiriblər
Minlərlə fələstinli İordan çayının qərb sahilində, Ramallah şəhərində aksiya keçirərək, "Əsrin Anlaşması" adlı amerikan layihəyə öz etirazını bildirib.
ABŞ-ın "Əsrin Anlaşması" layihəsinə əsasən Qüds şəhəri İsrailə təhvil verilməli, digər ölkələrdə yaşayan fələstinli didərginlər də öz evlərinə qayıtmaq haqqından məhrum edilməli və fələstinlilər sadəcə İordan çayının qərb sahilində və Qəzzə zolağında qalan məhdud ərazilərdə yaşamalıdırlar.
Fars xəbər agentliyinin verdiyi məlumata görə, bazar günü Ramallahda keçirilən aksiyada iştirak edənlər "Əsrin Anlaşması" planına qarşı şüarlar verərək, daxili ixtilaflara son qoyulmasını və milli barışığın əldə olunmasna təkid ediblər.
Fələstinli aksiya iştirakçıları həmçinin, sionist-amerikan fitnəsinə qarşı birlik və həmrəyliyə təkid ediblər.
Qəzzə zolağı sakinləri, Fələstinin azadlığı uğrunda xalq cəbhəsinin üzvləri və tərfdarları, Fələstinin azadlığı uğrunda demokratik cəbhə və bir qrup tanınmış fələstinli sima "Əsrin Anlaşması" adlı amerikan plana qarşı etiraz aksiyasında iştirak edərək, bildiriblər: Fələstinli qruplar Milli Vəhdət Dialoqu adlı yeni bir milli barışıq planı hazırlayaraq, birlik və həmrəyliyi möhkəmləndirməyə çalışacaqlar.