M. əl-Husi: Pompeo yalan deyir
-
M. əl-Husi: Pompeo yalan deyir
Yəmən Ali İnqilab Komitəsinin sədri dünən gecə ABŞ dövlət katibi Mayk Pompeonun Yəmənin Ənsarullah hərəkatının İsveç sülh razılaşmasını pozmasına dair son iddiasına reaksiyada deyib ki, Pompeo yalan deyir.
Muhəmməd Əli əl-Husi twitter-də yazıb: Əl-Hudəydə şəhərində atəşkəsə nəzarət üçün Yəmənin milli birlik dövləti tərəfindən BMT komitəsinin sədri Patrik Kamaertə müsbət təkliflərin verilməsi, bu limanda sülhü mühafizə qüvvələrinin yerləşdirillməsi ilə razılıq və yəmənli qüvvələrin əl-Hudəydədən çıxmaları kimi müsbət addımlar Mayk Pompeonun ittihamlarının düzgün olmadığını göstərir.
Yəmən Ali İnqilab Komitəsinin sədri bildirib ki, Ərəbistan və əmirliklərin Yəmənə qarşı müharibəsi Amerikanın göstərişi ilə həyata keçir. O, qeyd edib ki, ABŞ senatının bu ölkənin təcavüzkar səud koalisiyasına dəstəyinin dayandırılması qətnaməsinin araşdırılması və irəlilədilməsi ilə bağlı razılığına rəğmən, Vaşinqton hələ də təcavüzkarlara kömək edir.
Sənadan göndərilmiş heyətlə və Ərriyad heyəti arasında İsveçdə əldə olunmuş atəşkəs razılaşması ötən il dekabrın 18-də Yəmənin əl-Hudəydə şəhərində başlanıb, amma səud koalisiyası hər gün onu pozmaqdadır.