Yan 15, 2019 21:32 Asia/Baku
  • Əfqanıstan Parlament seçkilərinin nəticəsi elan edildi
    Əfqanıstan Parlament seçkilərinin nəticəsi elan edildi

Əfqanıstanda keçirilən parlament seçkilərinin ilkin nəticəsi təqribən 3 ay təxirlə elan edilib. Oktyabr ayında keçirilən seçkilərin nəticələrinə etiraz olaraq Əfqanıstanının bir çox vilayətində etiraz aksiyaları keçirilir.

“2018-ci il 20 oktyabr tarixində keçirilən parlament seçkilərində Kabil vilayəti üzrə verilən bütün səslər batil edilib.”

Əfqanıstanda keçirilən parlament seçkilərinin nəticəsi, seçkilərin keçirilməsindən təqribən 3 ay sonra rəsmən elan edildi. Bu müddət ərzində Əfqanıstan bir çox siyasi qalmaqalın şahidi olub.

“Kabil üzrə 804 namizəddən sadəcə 33-ü qalib gəlib. Nəticələrdən narazı olanlar Mərkəzi Seçki Komissiyasına şikayət və öz haqlarını qanuni yolla tələb edə bilərlər.”

Əlbəttə, bu, Əfqanıstan parlament seçkilərinin ilkin nəticəsidir və nəticələrə yenidən dəyişikliyin edilməsi mümkündür.  Çünki, seçkilərin nəticələri ilə bağlı indiyə kimi bir neçə min şikayət daxil olub.

Seçkilərin nəticəsinə əsasən parlamentin ilkin tərkibi müəyyən olsa da, ölkənin müxtəlif vilayətlərində seçkilərin nəticələrinə etirazlar davam edir^ “Bu gün bağlı olan məntəqələrə aid olan səs qutuları və onlarda olan seçki bülletenləri qeyd-şərtsiz olaraq batil edilməlidir.”

Namizədlərdən biri deyir “Dəfələrlə etiraz etmişik, amma heç bir təsiri olmayıb.”

Təqribən 3 ay bundan öncə Əfqanıstanda keçirilən parlament seçkiləri geniş qanun pozuntuları və saxtakarlıqlar ilə  yanaşı olub. Əfqanıstanda keçirilən seçkilərdə 2500 namizəd parlamentin 250 yeri uğrunda mübarizə aparmışdı.

Parlament seçkilərinin nəticəsini 3 ay təxirlə elan edən Əfqanıstanın Mərkəzi Komissiyası indi də 2019-cu ildə keçirilməli olan prezident seçkilərinə hazırlaşır.

 

 

Teqlər