Yəmənlilər Ərəbistan muzdlularının mövqeyini Həccə vilayətində hədəfə alıblar
Yan 16, 2019 08:14 Asia/Baku
-
Yəmənlilər Ərəbistan muzdlularının mövqeyini Həccə vilayətində hədəfə alıblar
Yəmən ordusu və xalq qüvvələri çərşənbə axşamı Səudiyyə muzdlularının Həccə vilayətində, Ən-Nar yüksəkliklərindəki mövqelərini bir ədəd Zilzal-1 raketi ilə hədəfə alıblar.
İRNA-nın məlumatına görə, bu raket hücumunun insan tələfatı və vurduğu maddi zərər və ziyanlar haqda hələ ki, məlumat yayılmayıb.
Ən-Nar yüksəkliyi çərşənbə axşamı da Yəmən ordusunun artilleriya hücumuna məruz qalmışdı.
Yəmən silahlı qüvvələri baş qərargah rəisinin müavini Əli Muşəki son zamanlar deyib: Yəmənli qüvvələr heç bir təcavüzkar qüvvənin Yəməni canlı olaraq tərk etməyəcəyinə dair söz veriblər.
Yəmən ordusu və xalq qüvvələrinin müdafiə qüdrəti, bu ölkənin hərtərəfli mühasirədə olmasına baxmayaraq, hər gün daha da artır.