Suriyanın Menbic şəhərində partlayış; insan tələfatının sayı artdı
https://azeri.sahartv.ir/news/qərbi_asia-i332709-suriyanın_menbic_şəhərində_partlayış_insan_tələfatının_sayı_artdı
Çərşənbə günü suriyanın şimal-şərqində yerləşən Menbic şəhərində törədilmiş partlayışda ölənlərin sayı 23 nəfərə çatıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 17, 2019 11:26 Asia/Baku
  • Suriyanın Menbic şəhərində partlayış; insan tələfatının sayı artdı
    Suriyanın Menbic şəhərində partlayış; insan tələfatının sayı artdı

Çərşənbə günü suriyanın şimal-şərqində yerləşən Menbic şəhərində törədilmiş partlayışda ölənlərin sayı 23 nəfərə çatıb.

İRNA-nın məlumatına görə, ABŞ hərbçilərinin patrul dəstəsinin hərəkət etdiyi yolda törədilən partlayışda 5 amerikan hərbçi və 18 mülki həyatını itirib.

Partlayışın ardınca ABŞ hərbçiləri hadisə yerini mühasirəyə alıblar. ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələrinə məxsus helikopterlər də Menbic şəhərinin üzərində uçmağa başlayıblar.

İŞİD terror qruplaşması bu hadisənin məsuliyyətini üzərinə götürüb.

Menbic şəhəri Hələb vilayətinin şimalında, Türkiyə sərhədlərinin yaxınlığında yerləşir.