Səud koalisiyasının əl-Hudəydəyə hücumunda Yəmən vətəndaşları öıdürülüblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i332808-səud_koalisiyasının_əl_hudəydəyə_hücumunda_yəmən_vətəndaşları_öıdürülüblər
Yəmən silahlı qüvvələrinin sözçüsü təcavüzkar səud koalisiyası pilotsuzlarının Yəmənin əl-Hudəydə liman şəhərinin şimalına qarşı hücumunda azı yeddi yəmənlinin öldürülməsindən xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 18, 2019 07:01 Asia/Baku
  • Səud koalisiyasının əl-Hudəydəyə hücumu
    Səud koalisiyasının əl-Hudəydəyə hücumu

Yəmən silahlı qüvvələrinin sözçüsü təcavüzkar səud koalisiyası pilotsuzlarının Yəmənin əl-Hudəydə liman şəhərinin şimalına qarşı hücumunda azı yeddi yəmənlinin öldürülməsindən xəbər verib.

Yəmən silahlı qüvvələrinin sözçüsü Yəhya Səri dünən gecə deyib: Əl-Hudəydədə yəmənli qüvvələri hədəfə almaq İsveç razılaşmasının pozulması deməkidr və BMT və sülh razılaşması üzrə müşahidəçilər günahsız yəmənlilərə qarşı hücumun amillərini cəzalandırmalıdırlar.

Səri əlavə edib: Səud təcavüzkarları mərmi ilə yəmənlilərin Əl-Hudəydədəki əkin sahələri, mənzilləri və yaşayış massivlərini hədəfə alıblar. Bu rejiimin qırıcıları da Yəmənin müxtəlif əyalətlərinə qarşı 53 hava hücumu həyata keçiriblər.

Təcavüzkar səud koalisiyasının əl-Hydəydə əyalətinin əl-Fazə məntəqəsinə qarşı hücumlarında biri qadın və ikisi uşaq olmaqla üç yəmənli öldürülüb, dörd yəmənli uşaq da yaralanıbdır.

İsveçdə yəmənli qruplar arasında razılaşdırılmış atəşkəs dekabrın 18-i səhər tezdən əl-Hudəydə liman şəhərində başlanıb, amma səud koalisiyası hər gün onu pozur.