Ərəbistan qırıcıları Sənanı vurdu
Yan 20, 2019 07:46 Asia/Baku
-
Ərəbistan qırıcıları Sənanı vurdu
Ərəbistan qırıcıları bazar günü səhər Yəmənin paytaxtı Səna şəhərini bombalayıblar. Bu hücumlarda Vadi Əhməd məntəqəsində qida məhsulları istehsal edən bir zavod da hədəfə alınıb.
İRNA-nın məlumatına görə, Yəmənin paytaxtı Sənada bir neçə partlayış səsi eşidilib.
Yəmənin informasiya qaynaqları bu hücumda iki nəfərin də öldüyünü bildiriblər.
Bu hücum nəticəsində Sənanın infrastrukturlarına, yaşayış massivlərinə və avtomobillərə ciddi zərər və ziyanlar dəyib.
Yəmənin Ali İnqilab Komitəsinin sədri Məhəmməd Əli Əl-Husi bu hücuma reaksiyada deyib: Yəmən xalqı Səudiyyə koalisiyasının hücumlarından qorxmur.
Əl-Husi həmçinin deyib: Sənaya edilən hücum beynəlxalq qanunları pozan təcavüzkar tərəfin yeni cinayəti sayılmır.