Afrində qanlı terror
-
Afrində qanlı terror
Suriyanın Hələb vilayətində yerləşən Afrin şəhərində bir sərnişin avtobusunda törədilən partlayışda 3 nəfər həlak olub, 10 nəfər də yaralanıb.
"Ənəb" informasiya portalının verdiyi məlumata görə, partlayışa səbəb avtobusdakı partlayıcı qurğu olub. Yaralılardan bir neçəsinin vəziyyətinin ağır olmasını nəzərə alaraq, hadisə qurbanlarının sayının artacağı ehtimal olunur.
Hələ ki, bu hadisənin məsuliyyətini üzərinə götürən olmayıb.
Suriyanın Afrin şəhəri hazırda Türkiyə hərbçilərinin nəzarəti altındadır. Türkiyə ordusu ötən iki ildə "Fərat Qalxanı" və "Zeytun Budağı" adlı iki hərbi əməliyyat həyata keçirərək, Suriyanın şimalında 4 min kvardrat kilometrlik bir ərazəiyə o cümlədən Əl-Bab, İzaz, Cerablis və Afrin şəhərlərinə nəzarəti ələ keçirib. Daha öncə bu şəhərlər ABŞ-ın himayəsində olan kürd yaraqlıları o cümlədən YPG və PYD tərəfindən ələ keçirilmişdi.