Yəmənin Səhiyyə Nazirliyi: BMT-nin Səudiyyə koalisiyasının cinayətləri qarşısında sükut etməsi rüsvarçılıqdır
https://azeri.sahartv.ir/news/qərbi_asia-i332934-yəmənin_səhiyyə_nazirliyi_bmt_nin_səudiyyə_koalisiyasının_cinayətləri_qarşısında_sükut_etməsi_rüsvarçılıqdır
Yəmənin Səhiyyə Nazirliyi bir bəyanat yayaraq, BMT və onun nümayəndəsinin Səudiyyə koalisiyasının Sənaya olan hücumları qarşısındakı sükutunu qınayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 20, 2019 14:40 Asia/Baku
  • Yəmənin Səhiyyə Nazirliyi: BMT-nin Səudiyyə koalisiyasının cinayətləri qarşısında sükut etməsi rüsvarçılıqdır
    Yəmənin Səhiyyə Nazirliyi: BMT-nin Səudiyyə koalisiyasının cinayətləri qarşısında sükut etməsi rüsvarçılıqdır

Yəmənin Səhiyyə Nazirliyi bir bəyanat yayaraq, BMT və onun nümayəndəsinin Səudiyyə koalisiyasının Sənaya olan hücumları qarşısındakı sükutunu qınayıb.

Ərəbistan qırıcıları ötən gecə Yəmənin paytaxtı Sənanı 24 dəfə bombalayıblar. Bu hücumlarda 3 nəfər həlak olub, bir qrup insan da yaralanıb. 

Əl-Aləm kanalının verdiyi məlumata görə, Yəmənin Səhiyyə Nazirliyi bu bəyanatda deyib: Bu cinayətlərə görə insani və əxlaqi baxımdan Səudiyyə koalisiyası məsuliyyət daşıyır. 

Bu nazirlik BMT-nin ötən 4 ildə davamlı olaraq təcavüzə məruz qalan 30 milyon yəmənli qarşısındakı fasiləsiz sükutunu rüsvayçılıq adlandırıb və dünya ictimaiyyəti və beynəlxalq təşkilatlardan Yəmən xalqı qarşısında öz insani və humanist vəzifələrinə əməl etmələrini istəyib.