Bəşşar Cəfəri: İsrail Suriyada terrorçuları dəstəkləyir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i333077-bəşşar_cəfəri_İsrail_suriyada_terrorçuları_dəstəkləyir
Suriyanın BMT-dəki nümayəndəsi İsrailin Suriyaya olan hücumlarının davam etməsini ABŞ, Fransa və Britaniyanın bu cinayətkar və qeyri-qanuni rejimi hərtərəfli formada himayə etməsi habelə, Təhlükəsizlik Şurasının öz vəzifəsinə əməl etməməsinin nəticəsi adlandırıb və deyib: İsrail rejimi terrorçuları dəstəkləmək məqsədilə Suriyaya hücum edir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 23, 2019 07:06 Asia/Baku
  • Bəşşar Cəfəri: İsrail Suriyada terrorçuları dəstəkləyir
    Bəşşar Cəfəri: İsrail Suriyada terrorçuları dəstəkləyir

Suriyanın BMT-dəki nümayəndəsi İsrailin Suriyaya olan hücumlarının davam etməsini ABŞ, Fransa və Britaniyanın bu cinayətkar və qeyri-qanuni rejimi hərtərəfli formada himayə etməsi habelə, Təhlükəsizlik Şurasının öz vəzifəsinə əməl etməməsinin nəticəsi adlandırıb və deyib: İsrail rejimi terrorçuları dəstəkləmək məqsədilə Suriyaya hücum edir.

İRNA-nın məlumatına görə, Bəşşar Cəfəri çərşənbə axşamı Təhlükəsizlik Şurasının Yaxın Şərqlə bağlı iclasında deyib: Artıq bu şuranın sionist rejimin Suriyaya olan hücumlarını dayandırmaq üçün lazımi tədbirlər görməsi zamanı çatıb. 

Suriyanın BMT-dəki nümayəndəsi həmçinin, Cövlan yüksəkliklərinin sionist rejim tərəfindən işğal edilməsinə işarə edərək, deyib: İşğalçı rejimin Suriyanın Cövlan yüksəkliklərindəki vəziyyəti dəyişmək üzrə səyləri nəticəsiz qalacaq. 

Bəşşar Cəfəri həmçinin deyib: Cövlan yüksəkliklərinin Suriya ərazisi olduğu inkaredilməz bir həqiqətdir və işğal edilmiş bu ərazilər tam formada Suriya xalqına qaytarılmalıdır.