İsrail rejimi Qəzzəyə raket zərbələri endirib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i333092-İsrail_rejimi_qəzzəyə_raket_zərbələri_endirib
İsrailin Qəzzəyə olan növbəti raket hücumunda bəzi infrastrukturlara zərər və ziyanlar dəyib. Bu hücumda xəsarət alanlar da olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 23, 2019 16:43 Asia/Baku
  • İsrail rejimi Qəzzəyə raket zərbələri endirib
    İsrail rejimi Qəzzəyə raket zərbələri endirib

İsrailin Qəzzəyə olan növbəti raket hücumunda bəzi infrastrukturlara zərər və ziyanlar dəyib. Bu hücumda xəsarət alanlar da olub.

İsrail rejimi bir daha Qəzzə zolağına raket zərbələri endirib. Analitiklər işğalçı rejimin parlament seçkiləri ərəfəsində həyata keçirilən bu hücumların daha çox seçkilərə hesablanmış bir hərəkət olduğunu bildirirlər. Fələstin müqaviməti isə bu hücumların cavabsız qalmayacağını vurğulayır.

İsrail rejimi bir daha Qəzzənin bəzi məntəqələrinə raket zərbələri endirib. Bundan öncə də Qəzzədə bir binanın vurulması nəticəsində bir fələstinli şəhid olmuşdu. Bu hücumların ardınca Fələstin müqaviməti bu hücumları cavabsız qoymayacağını bildirib: “Əgər işğalçılar öz axmaq hərəkətlərinə son qoymazlarsa, bundan öncə dəfələrlə öz gücünü sionist düşmənə göstərən Fələstin müqaviməti tərəfindən sükutla qarşılanmayacaq. Onların hər bir raketinə müqavimətin cavabı dağıdıcı zərbə olacaq.”

Analitiklər sionistlərin Qəzzəyə olan son hücumlarını İsrail rejiminin qarşıdan gələn seçkilərə hesablanmış bir hərəkət kimi dəyərləndirirlər. Onların dediklərinə görə, müqavimətin bu hücumlara cavabı qətiyyətli olacaq: “İsrailin baş naziri və digər başçıları Qəzzəyə hücum etməklə qarşıdan gələn parlament seçkilərində öz mövqelrini gücləndirməyə çalışırlar. Həmçinin, Netanyahu bu hücumlarla korrupsiya işinə dair qalmaqalı ört-basdır etmək istəyir.”

Fələstinin müqavimət qrupları yaxşı bilirlər ki, Qəzzəyə edilən hücumlar işğalçı rejimin parlament seçkiləri ilə əlaqədardır. Buna görə də bu hücumlar qarşısında sükut etməyəcəklərini və bu hücumlara tam qətiyyətlə cavab verəcəklərini bildiriblər.