Pompeo: İŞİD-in tam məğlubiyyətinədək Suriyada qalacağıq
https://azeri.sahartv.ir/news/qərbi_asia-i333159-pompeo_İŞİd_in_tam_məğlubiyyətinədək_suriyada_qalacağıq
ABŞ dövlət katibi deyib ki, amerikalı qüvvələr onun sözlərinə görə, İŞİD-in tam məğlubiyyətinədək Suriyada iştirak edəcəklər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 24, 2019 11:40 Asia/Baku
  • Pompeo: İŞİD-in tam məğlubiyyətinədək Suriyada qalacağıq
    Pompeo: İŞİD-in tam məğlubiyyətinədək Suriyada qalacağıq

ABŞ dövlət katibi deyib ki, amerikalı qüvvələr onun sözlərinə görə, İŞİD-in tam məğlubiyyətinədək Suriyada iştirak edəcəklər.

Mayk Pompeo Foks-Nyus telekanalı ilə müsahibədə ABŞ prezidentinin amerikalı qüvvələri Suriyadan çıxarmaq üzrə qərarı barədə belə iddia edib: Vaşinqton iki min hərbçisini Suriyadan çıxarmaq niyyətindədir və yerdə qalan qüvvələr bu ölkə xalqını qorumaq üçün orada qalacaqlar.

Bu sözlər elə bir halda deyilir ki, amerikalı qüvvələrin Suriyada iştirakı bu ölkə hökumətinin icazəsi olmadan və qanunsuz şəkildə həyata keçirilibdir.

ABŞ konqresinin nümayəndələr palatası da puç insan haqları bəhanələri ilə və müdaxilə mahiyyətli bir hərəkətdə çərşənbə axşamı günü Suriya hökumətinə qarşı yeni sanksiyaları qəbul etdi.

Suriyada vəziyyətin təsbit olunması prosesinin davam etməsi və Bəşşar Əsəd dövlətini devirmək üzrə səylərin uğursuz qalması ilə Dəməşqə qarşı Qərb-sionist təzyiqlər artıbdır.