Sionist general Suriyanın müdafiə gücünü etiraf edib
-
Sionist general Suriyanın müdafiə gücünü etiraf edib
Sionist rejim ordusunun ehtiyatda olan bir generalı Suriya ordusunun müdafiə gücü və hərbi qüdrətini etiraf edibdir.
Sionist rejim ordusunun ehtiyatda olan generalı Yakop Amidour Suriyanın Təl-Əviv hava limanına qarşı hücuma dair təhdidinə reaksiyada deyib ki, Suriya ordusu belə bir hədəni reallaşdırmaq qüdrətinə malikdir.
Suriyanın BMT-dəki daimi nümayəndəsi Bəşşar əl-Cəfəri sionist rejimin Dəməşq beynəlxalq hava limanına qarşı son düşmənçilik hücumlarının davam etməsindən sonra Təl-Əviv hava limanının bombalanması ehtimalını irəli sürübdür.
Sionist rejim qırıcıları bazar ertəsi günü səhər tezdən Suriyanın paytaxtı Dəməşqə hücum etdilər.
Suriya medialarının məlumatlarına görə, bu ölkənin hava hücumundan müdafiə qüvvələri sionist rejim qırıcıları tərəfindən atılmış bir neçə raketi izləyərək, məhv ediblər.
Sionist rejim beynəlxalq qanunlara zidd olaraq, təkcə bu ilin yanvarında üç dəfə Suriya ərazisinə hücum edibdir.