Fələstinli əsirlər aclıq aksiyasının davam etdirilməsini vurğulayıblar
https://azeri.sahartv.ir/news/qərbi_asia-i333170-fələstinli_əsirlər_aclıq_aksiyasının_davam_etdirilməsini_vurğulayıblar
Sionist "Ufer" məhbəsində saxlanılan fələstinli əsirlər ehtiyaclarının təmin olunmasınadək aclıq aksiyasının davam etidirilməsini vurğulayıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 24, 2019 16:52 Asia/Baku
  • Fələstinli əsirlər aclıq aksiyasının davam etdirilməsini vurğulayıblar
    Fələstinli əsirlər aclıq aksiyasının davam etdirilməsini vurğulayıblar

Sionist "Ufer" məhbəsində saxlanılan fələstinli əsirlər ehtiyaclarının təmin olunmasınadək aclıq aksiyasının davam etidirilməsini vurğulayıblar.

Sionist "Ufer" məhbəsində saxlanılan 1200-dən çox fələstinli əsir dünən bu rejimin fələstinli əsirlərə qarşı hücumlarına etiraz olaraq aclıq aksiyası keçiribdir.

Sionist rejim hərbçiləri son zamanlar "Ufer" məhbəsində fələstinli əsirlərin saxlanıldıqları bölmələrə qarşı təftiş və repressiya həyata keçiriblər ki, nəticədə indiyədək onlarla fələstinli əsir yaralanıbdır.

Əl-Minar telekanalının məlumatına görə, fələstinli əsrilər bildiriblər ki, sionist rejimin zindanlar idarəsinin hərəkətləri qarşısında digər mübarizə addımlarının atılması fikrindədirlər.

Belə bir halda, Fələstin xalqından bir qrupu Qəzzə zolağında aksiya keçirərək, sionist rejim məhbəslərindəki fələstinli əsirləri himayə edib və sionist hərbçilərin əsirlərə qarşı ardıcıl hücumlarını pisləyibdir.