Əbdülmalik Əl-Husi: Düşmənlər Yəmən müharibəsində dalana dirəniblər
-
Əbdülmalik Əl-Husi: Düşmənlər Yəmən müharibəsində dalana dirəniblər
Yəmənin Ənsarullah hərəkatının lideri Əbdülmalik Əl-Husi cümə axşamı Yəmən xalqı və silahlı qüvvələrinin işğalçı qüvvələrin təcavüzləri qarşısındakı müqaviməti və mübarizəsini alqışlayaraq, deyib: Düşmən Yəmən müharibəsində dalana dirənib.
Yəmənin Əl-Məsirə informasiya kanalının bildirdiyinə görə, Əbdülmalik Əl-Husi cümə axşamı "Şəhid Günü" münasibəti ilə keçirilən mərasimdə deyib: Yəmənli mübarizlərin işğalçılar və onların muzdluları qarşısındakı döyüş bacarığı bütün sahələr üzrə xüsusilə aviasiya və dəniz təchizatları baxımından inkişaf etməkdədir.
Əbdülmalik Əl-Husi Yəmənə təcavüz edənlərin dalana dirəndiklərini və Yəmənə hücumun onlara baha başa gəldiyini deyərək, əlavə edib: Səudiyyə rejimi Yəmənə hücum etməsi və bu ölkə xalqına qarşı cinayətlərinə görə dünyada rüsvay olub.
Əl-Husi Yəmən xalqının düşmən qarşısında mübarizə və müqavimət yolunu seçdiyini deyərək, əlavə edib: Yəmənə edilən təcavüzlər zamanı İsrail rejimi başlıca rola malik olub və Yəmənə hücumu təsdiq edənlər Yəmən xalqının qırğın edilməsində paya malikdirlər.
Ənsarullah hərəkatının rəhbəri əlavə edib: Biz İsveç sülh müzakirələrində və hətta, öncəki sülh müzakirələrində sülhə hazır olduğumuzu sübut etmişik.