Yəməndə "Şəhid günü" anıldı
Yəmənlilər "Şəhid günü" münasibətilə müxtəlif tədbirlər keçirərək, Səudiyyə rejiminin başçılıq etdiyi koalisiyanın Yəmənə olan hücumlarında vətəni müdafiə yolunda şəhid olan əzizlərinin xatirəsini yad ediblər.
Yəmənin Əl-Hüdəydə vilayətinin sakinləri şəhidlərin xatirəsi və şəhidlik məqamının anılması istiqamətində “Şəhid həftəsi”ni qeyd edərək, dünya imperializminə qarşı müqavimət və mübarizə yoluna təkid ediblər.
Əl-Hüdəydə sakinləri bu gün “Şəhid həftəsi”ni qeyd edirlər. Əl-Hüdəydə vilayətini və vətəni müdafiə etmək üçün canlarını imperialist qüdrətlər ilə mübarizə yolunda fəda edən Saleh Əs-Səmad və digər şəhidlərin xatirəsini hörmətlə yad edirik.
Yəmən uğrunda verdiyimiz şəhidlər vətən üçün canlarından keçən övladlarımız və qardaşlarımızdırlar. Və onların yolunu davam etdirəcəyik.
Şəhid Fuad Əl-Bərəinin həyat yoldaşı və övladları da bu mərasimdə iştirak ediblər.
Atalarının foto-şəklinin kənarında dayanan Əl-Bərəinin övladları göz yaşlarını tuta bilmirdilər. Onların atası təcavüzkar düşmən ilə savaş meydanında vətəni qoruyaraq, canını fəda etmişdi.
Şəhid Fuad Əl-Bərəinin həyat yoldaşı: Şəhid Əl-Bərəi zillətə boyun əymək yerinə, müharibənin çətinliklərini və ölümü gözə aldı və canından keçdi. O, həmişə Allahdan şəhidlik arzu edərdi. Həyat yoldaşım vətəni, dəyərləri müdafiə yolunda özünü fəda etdi...
Bu qəm və kədər müharibədə ailə başçısını itirmiş bütün ailələrin ortaq dərdinə çevrilib. Səudiyyə koalisiyası və muzdluları isə bu müharibənin davam etməsini istəyir, müharibənin dayandırılmasına dair beynəlxalq çağırışlara əhəmiyyət vermirlər.
Əl-Hüdəydə sakinləri düşməni nakam qoymaq üçün yeganə yolun cihad və şəhadət olduğuna inanırlar.