İsrail hərbçiləri fələstinli aksiya iştirakçılarına hücum etdilər
-
İsrail hərbçiləri fələstinli aksiya iştirakçılarına hücum etdilər
İsrail hərbçiləri cümə günü Qəzzə zolağında "Qayıdış Haqqı" yürüşündə iştirak edənlərə hücum ediblər.
Fələstin Əl-Yəum informasiya kanalının bildirdiyinə görə, minlərlə fələstinli Milli Qayıdış Haqqı Yürüşü Komitəsinin çağırışına cavab olaraq ardıcıl olaraq 44-cü cümə günündə işğal edilmiş Fələstin ilə sərhəd məntəqədə keçirilən aksiyada iştirak edib.
İsrail hərbçiləri isə "Qayıdış Haqqı" yürüşünün iştirakçılarına hücum ediblər. Döyüş güllələri və gözyaşardıcı qazlardan istifadə edən İsrail hərbçiləri Qəzzənin mühasirəsini yarmaq və öz doğma torpaqlarına qayıtmaq istəyən fələstinliləri amanszı hücumlarının hədəfinə çeviriblər.
Hələ ki, bu hücumun insan tələfatı haqda məlumat yayılmayıb.
"Qayıdış Haqqı" yürüşlərinə 30 mart tarixindən etibarən start verilib.
İndiyə kimi bu yürüşlərdə 250 fələstinli İsrail hərbçilərinin atəş açması nəticəsində şəhid olub. Yaralı sayı isə 26 min nəfəri ötüb.