Amerikan koalisiyanın Dəyrəzzura hücumunda 13 nəfər ölüb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i333349-amerikan_koalisiyanın_dəyrəzzura_hücumunda_13_nəfər_ölüb
ABŞ-ın komandanlığı altında olan sözdə beynəlxalq anti-İŞİD koalisiyası qırıcılarının Suriyanın şərqindəki Dəyrəzzur vilayətinin əl-Bağuz məntəqəsinə qarşı hücumunda on üç sivil həyatını itirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 27, 2019 07:10 Asia/Baku
  • koalisiyanın Dəyrəzzura hücumunda 13 nəfər ölüb
    koalisiyanın Dəyrəzzura hücumunda 13 nəfər ölüb

ABŞ-ın komandanlığı altında olan sözdə beynəlxalq anti-İŞİD koalisiyası qırıcılarının Suriyanın şərqindəki Dəyrəzzur vilayətinin əl-Bağuz məntəqəsinə qarşı hücumunda on üç sivil həyatını itirib.

Suriyalı mənbələr bildiriblər ki, ölənlər arasında üç uşaq var.

Amerikan koalisiyanın qırıcıları son həftələrdə dəfələrlə Dəyrəzzur vilayətinin müxtəlif məntəqələrini bombalayıblar. Amerikan koalisiya bu hücumların bəzilərində qadağan olunmuş fosfor bombalarından istifadə edibdir.

Suriya dövləti dəfələrlə  BMT-nin baş katibinə və Təhlükəsizlik Şurasının sədrinə məktublar göndərərək, onlardan amerikan koalisiyanın Suriyadakı cinayətlərinə son qoymalarını istəyibdir.

“İRVARS” nəzarət qrupu son vaxtlar bildiribdir ki, 2014-cü ildən bəri amerikan koalisiyanın İraqa və Suriyaya qarşı hava hücumlarında beş mindən çox mülki öldürülübdür.