Pompeo: Əfqanıstandan çıxmaq fikrindəyik
-
Pompeo: Əfqanıstandan çıxmaq fikrindəyik
ABŞ-ın dövlət katibi deyir ki, bu ölkə öz hərbi qüvvələrini Əfqanıstandan çıxarmaq fikrindədir.
Mayk Pompeo öz twitter-ində iddia edib ki, Amerika Əfqanıstanda sülhün bərqərarı, bu ölkənin terrorizmin yayılması mərkəzinə çevrilməsinin qarşısının alınması və ABŞ qüvvələrinin öz ölkələrinə qaytarılmaları sahəsində ciddidir.
Pompeo öz iddialarının davamında yazıb: Amerika Əfqanıstan dövləti və bütün əlaqədar tərəflərlə işləməklə Əfqanıstanın rifahı, istiqlaliyyəti və suverenliyinin gücləndirilməsi ardıncadır.
Pompeonun bu iddiaları elə bir halda irəli sürülür ki, Əfqanıstanın xalqı və məsul şəxslərinin qənaətlərinə görə, ABŞ və NATO-nun terrorizmlə mübarizə bəhanəsilə 2001-ci ildən Əfqanıstanda iştiraklarının nailiyyətləri minlərlə sivilin qırğın edilməsi, Əfqanıstan infrastrukturlarının dağıdılması və narkotik maddələr əkini və qaçaqmalçılığına daha çox rəvac verilməsi olubdur.