İşğal edilmiş ərazilərdə 2 fələstinli şəhid olub
Yan 29, 2019 07:36 Asia/Baku
-
ərazilərdə 2 fələstinli şəhid olub
İşğal edilmiş ərazilərdə iki fələstinli sionist rejim hərbçilərinin atəş açması nəticəsində şəhid olub.
Fələstinin MƏA informasiya agentliyinin bildirdiyinə görə, sionist rejimin təhlükəsizlik qüvvələri bu iki fələstinlini Yafə şəhərində və Kəriyat Təbun məntəqəsində şəhid ediblər.
Bu məlumata görə, 23 yaşlı Rəmzi Macid Həmad bazar ertəsi günü axşam Yafə liman şəhərində odlu silahdan açılan atəş nəticəsində aldığı yaraların ağırlığı üzündən xəstəxanada həyatını itirib.
Sİonist hərbçilər həmçinin, Əl-Nasirə şəhərində 60 yaşlı Həsib Musanı güllələyiblər. Həsib Musa Hayfa şəhər xəstəxanasına köçürülsə də onun həyatını xilas etmək mümkün olmayıb.