Suriyanın Hələbində bomba quraşdırılmış avtomobilin partlaması; 7 nəfər yaralandı
-
Suriyanın Hələbində bomba quraşdırılmış avtomobilin partlaması; 7 nəfər yaralandı
Suriyanın şimalında "Hələb"də bomba quraşdırılmış bir avtomobilin partladılması 7 nəfərin yaralanmasına səbəb olub.
İRİB-nin verdiyi məlumata görə, partlayış bazar ertəsi günü gecə Hələbin şimalında baş verib.
Ötən aylarda terrorçular Suriya ordusu müqabilində ardıcıl məğlubiyyətlərin ardınca, bu ölkənin müxtəlif şəhərlərini keçmişdə olduğundan daha artıq terror aktları, minaatanlar və raketlər ilə hədəfə almağa başlayıblar.
Suriyada böhran 2011-ci ildə ABŞ, Ərəbistan və müttəfiqlərinin himayəsində olan terrorçuların bu ölkəyə hücumu ilə başlandı. Məqsəd regionda güc balansını İsrail rejiminin xeyrinə dəyişmək idi.
Suriya ordusu son zamanlar İran və Rusiyanın dəstəyi ilə terrorçular üzərində qəti qələbələr əldə etməyi bacarıb.
Hazırda Suriyadakı terrorçu qruplararın qalıqları pərakəndə şəkildə müxtəlif məntəqələrdə terror aktları törətməklə məşğuldurlar.