Yəmənin Əl-Məxasında partlayış; onlarla ölü və yaralı
Yan 29, 2019 18:03 Asia/Baku
-
Yəmənin Əl-Məxasında partlayış; onlarla ölü və yaralı
Yəmənin Təiz vilayətində yerləşən Əl-Məxa şəhərində baş verən partlayış nəticəsində 42 yəmənli ölüb və yaralanıb.
İSNA-nın məlumatına görə, bu hadisə bomba quraşdırılmış bir motorsikletin Əl-Məxa şəhərində bir restoranın yaxınlığında partlaması nəticəsində baş verib. Nəticədə 6 nəfər ölüb, 36 nəfər yaralanıb.
Əl-Məxa strateji əhəmiyyətli Babül-Məndəb boğazından 75 kilometr aralıda yerləşir və istefada olan prezident Əbdürrəbbə Mənsur Hadiyə bağlı qüvvələrin nəzarəti altındadır.
Bu məlumata görə, hadisə nəticəsində ölənlər arasında Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dəbi informasiya kanalının iki jurnalisti də var. Hələ ki, bu partlayışın məsuliyyətini üzərinə götürən olmayıb.