Amerikan koalisiya Suriya xalqına qarşı qırğını davam etdirir
Fev 01, 2019 07:33 Asia/Baku
ABŞ-ın komandanlığı altında olan sözdə anti-İŞİD beynəlxalq koalisiyası qırıcılarının dünən Suriyanın şərqindəki Diyrəzzur vilayətinin əl-Bağuz kəndinə qarşı hücumunda səkkiz mülki həyatını itirib.
Suriyalı mənbələr bildiriblər ki, bu hücumda beş uşaq və üç qadın öldürülübdür.
Amerikan koalisiyanın qırıcıları son həftələrdə dəfələrlə Diyrəzzur vilayətinin müxtəlif məntəqələrini bombalayıblar. Amerikan koalisiya bu hücumların bəzilərində qadağan edilmiş fosfor bombalarından istifadə edibdir.
Suriya dövləti dəfələrlə BMT-nin baş katibinə və bu təşkilatın Təhlükəsizlik Şurasının sədrinə məktublar göndərərək, onlardan amerikan koalisiyanın Suriyadakı cinayətlərinə son qoymalarını istəyibdir.