"Qayıdış Haqqı" yürüşlərinin 40-cı cüməsində 32 yaralı
Fev 02, 2019 07:59 Asia/Baku
-
"Qayıdış Haqqı" yürüşlərinin 40-cı cüməsində 32 yaralı
Fələstinin Səhiyyə Nazirliyi cümə günü axşam Qəzzə zolağında keçirilən böyük "Qayıdış Haqqı" yürüşünün 40-cı cüməsində 32 nəfərin yaralanmasından xəbər verib.
Əl-Aləm kanalının bildirdiyinə görə, "Qayıdış Haqqı" yürüşünün 40-cı cüməsi "Fələstinli əsirlər tək deyillər" adı altında qeyd olunub.
Sionist rejim hərbçiləri fələstinlilərə qarşı zorakılıqlarının davamında döyüş güllələrindən istifadə etməklə y anaşı, gözyaşardıcı qazdan da istifadə ediblər.
Fələstinlilərin "Qayıdış haqqı" yürüşləri 30 mart 2018-ci il tarixindən başlayaraq, davam edir. 30 mart fələstinlilər tərəfindən "Torpaq günü" kimi qeyd olunur.
"Qayıdış Haqqı" yürüşlərində indiyə kimi 260 fələstinli şəhid olub, 27 min nəfər isə yaralanıb.