Səud hərbçilərinin Qətif-ə hücumunda beş nəfər ölüb
Səud hərbçiləri Ərəbistanın şərqində yerləşən əl-Şərqiyyə əyalətinin Qətif şəhərindəki məntəqələrə basqın edərək, beş Ərəbistan vətəndaşını öldürüb, bir qrup insanı da yaralayıblar.
Səud hərbçiləri dünən "təqib olunan şəxslərin axtarışı" bəhanəsilə Qətif-də yerləşən əl-Cəş və Ummulhəmmam məntəqələrinə hücum ediblər. Onlar bu məntəqələri mühasirəyə alaraq, iki mülki şəxsi də həbs ediblər.
Səud hərbçiləri ötən ilin 9 dekabrında da şiəsakinli Qətif şəhərinin iki məntəqəsindəki yaşayış məhəllələrinə basqın edərək, beş sivili öldürmüş, iki nəfəri də yaralamışdılar.
Ərəbistanın Qətif şəhəri daim ali-səud hərbçilərinin hücumlarına məruz qalır. İndiyədək bu məntəqə sakinlərindən onlarla nəfər ölüb, həmçinin hüquq və siysət fəallarından və vətəndaşlardan yüzlərlə nəfər də həbs olunubdur.