Sionist rejim İranın hərbi gücünün üstünlüyünü etiraf edib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i333956-sionist_rejim_İranın_hərbi_gücünün_üstünlüyünü_etiraf_edib
Sionist rejimin bir kəşfiyyat saytı İranın yeni raketinin təqdim olunmasına toxunaraq, etiraf edib ki, İran hərbi baxımdan Təl-Əvivi və Amerikanı üstələyibdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 03, 2019 18:09 Asia/Baku
  • Sionist rejim İranın hərbi gücünün üstünlüyünü etiraf edib
    Sionist rejim İranın hərbi gücünün üstünlüyünü etiraf edib

Sionist rejimin bir kəşfiyyat saytı İranın yeni raketinin təqdim olunmasına toxunaraq, etiraf edib ki, İran hərbi baxımdan Təl-Əvivi və Amerikanı üstələyibdir.

"Debka" adlı sionist kəşfiyyat saytı İranın "Hoveyze" tipli yeni raketinin təqdim olunmasına toxunaraq, vurğulayıb ki, bu addım sionist rejimlə Amerikanın ötən aylardakı raket sınaqlarına İranın real cavabıdır.

İranın müdafiə naziri briqada generalı Əmir Hatəmi bir neçə gün bundan öncə daxili istehsal olan özünəməxsus "Hoveyze" tipli yeni raketi təqdim etdi.