Livanlı "bayker"lərin sionistlərin işğalçılığına qarşı simvolik yürüşü
Bir qrup livanlı "bayker" Livanın işğal altında olan Fələstin ilə sərhəd məntəqəsində simvolik yürüş həyata keçirərək, sionist rejim hərbçilərinin "Mavi zolaq" adlı məntəqədəki təcavüzkarlıqlarına etiraz edib.
Əl-Minar informasiya kanalının bildirdiyinə görə, Livan müqavimətinə bağlı baykerlər Hizbullahın bayrağı altında "Bint Cəbəl" məntəqəsindən başlayaraq, Əl-Ədisədən Kəfər Kala məntəqəsinə kimi olan ərazidə İsrail hərbçilərinin çəkdikləri sərhəd divarının kənarı ilə yürüş ediblər.
Livanlı baykerlərin ölkəyə və müqavimət cəbhəsinə sədaqəti simvolizə edən bu hərəkətinin ardınca ixtilaflı zonadakı sionistlərin keçid nöqtəsinin yaxınlığında dayanıblar. İsrail hərbçiləri də səngər arxasından onları izləyiblər.
İsrail hərbçiləri Livan ilə işğal altında olan Fələstin arasındakı sərhəd məntəqni 25 beton blok ilə bağlayıblar. Bu beton bloklar ixtilaflı sərhəd məntəqəsində yerləşdirilib.