"Qayıdış Haqqı" yürüşünün 46-cı cüməsində 2 şəhid və 17 yaralı
Fev 09, 2019 07:58 Asia/Baku
-
"Qayıdış Haqqı" yürüşünün 46-cı cüməsində 2 şəhid və 17 yaralı
Fələstinin Səhiyyə Nazirliyi cümə günü axşam bir bəyanat yayaraq, "Qayıdış Haqqı" yürüşlərinin 46-cı həftəsində 2 fələstinlinin şəhid olması və 17 nəfərin yaralanmasından xəbər verib.
Əl-Aləmin bildirdiyinə görə, "Qayıdış Haqqı" yürüşünün 46-cı cüməsinə "Mühasirəni yarmaqdan vaz keçməyəcəyik" adı verilib.
Sionist rejim hərbçiləri fələstinli aksiya iştirakçılarına qarşı döyüş güllələrindən, gözyaşardıcı qazlardan və digər öldürücü silahlardan istifadə ediblər.
"Qayıdış Haqqı" yürüşləri 2018-ci il 30 mart tarixindən, "Torpaq günü"ndən başlayaraq hər cümə günü keçirilir.
30 martdan indiyə kimi bu yürüşlərdə 260 fələstinli şəhid olub. Yaralı sayı isə 27 min nəfərdən çoxdur.