Amerikan koalisiyasının Deyrəzzura hücumunda 16 mülki həlak oldu
https://azeri.sahartv.ir/news/qərbi_asia-i334569-amerikan_koalisiyasının_deyrəzzura_hücumunda_16_mülki_həlak_oldu
Suriya İnsan Haqları Gözətçisi bazar ertəsi günü Amerikan koalisiyasının Suriyanın Deyrəzzur vilayətində, Bağur kəndinə qarşı hava hücumları zamanı 16 nəfərin həlak olmasından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 12, 2019 09:51 Asia/Baku
  • Amerikan koalisiyasının Deyrəzzura hücumunda 16 mülki həlak oldu

Suriya İnsan Haqları Gözətçisi bazar ertəsi günü Amerikan koalisiyasının Suriyanın Deyrəzzur vilayətində, Bağur kəndinə qarşı hava hücumları zamanı 16 nəfərin həlak olmasından xəbər verib.

Əl-Aləm kanalının bildirdiyinə görə, Amerikan koalisiyasının qırıcı təyyarələri bazar ertəsi günü axşam saatlarında bu kəndi bombardman ediblər. 

Yerli mənbələr bu hücumlarda 4 nəfərin öldüyünü elan etmişdilər. 

Suriya hökuməti dəfələrlə BMT-nin baş katibinə və Təhlükəsizlik Şurasının sədrinə məktub ünvanlayaraq, ABŞ-ın başçılıq etdiyi koalisiyanın Suriyaya olan hücumlarının dayandırılmasını istəyib. 

ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələrinin İraq və Suriyaya hücumlarını monitorinq edən qrupun bildirdiyinə görə, 2014-cü ildən bəri bu hücumlarda 5 mindən çox mülki həyatını itirib. 

ABŞ ötən illərdə dəfələrlə terrorçulara qarşı mübarizə adı altında Suriya və İraqda mülki əhalini hədəfə alıb.