Terrorçular İdlibdə kimyəvi silahdan istifadə etdilər
-
Terrorçular İdlibdə kimyəvi silahdan istifadə etdilər
Suriya mənbələri "Təhrir Əş-Şam" terror qruplaşmasının İdlibin ətrafında kimyəvi silahdan istifadə etməsinə dair məlumat yayıblar.
Sputnik informasiya agentliyinin bildirdiyinə görə, "Təhrir Əş-Şam" qruplaşması bu hücumda İdlibin cənub-şərqində yerləşən Şam Əl-Həva məntəqəsini zəhərli qaz başlığına malik raketlə vurub.
Bu hücumda iki mülki zəhərli qaz nəticəsində zəhərlənib.
Cari ilin fevral ayında Suriyada insan haqları fəalları terrorçuların "Ağ Dəbilqəlilər" adlı qruplaşmanın dəstəyi ilə bir neçə boçka xlor qazını Xan Şeyxun məntəqəsinə köçürmələrinə dair xəbərdarlıq etmişdilər.
Ağ Dəbilqəlilər adlı qruplaşma 2013-cü ilin martında ABŞ və Britaniyanın dəstəyi ilə formalaşıb. Bu qrupun əsas missiyası Suriyada terrorçuların olduğu məkanlarda onlara dəstək verməkdir.