47-ci "Qayıdış haqqı" yürüşündə 20 fələstinli yaralanıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i334887-47_ci_qayıdış_haqqı_yürüşündə_20_fələstinli_yaralanıb
Sionist rejim ordusunun dünən fələstinlilərin Qəzzə zolağında keçirilən 47-ci "Qayıdış haqqı" yürüşünə qarşı hücumunda 20 fələstinli yaralanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 16, 2019 05:32 Asia/Baku
  • 47-ci
    47-ci "Qayıdış haqqı" yürüşündə 20 fələstinli yaralanıb

Sionist rejim ordusunun dünən fələstinlilərin Qəzzə zolağında keçirilən 47-ci "Qayıdış haqqı" yürüşünə qarşı hücumunda 20 fələstinli yaralanıb.

47-ci "Qayıdış haqqı" yürüşü dünən Qəzzənin işğal olunmuş Fələstinlə sərhəd məntəqələrində keçirilib. Sionist rejim hərbçiləri güllə və gözyaşardıcı qazdan istifadə edərək, yürüş iştirakçılarını yatırıblar. İndiyədək 20 fələstinli, o cümlədən bir şəfqət işçisi yaralanıb. Bu yürüş "Qəzzə əcnəbinin məğlubiyyəti ilədir" şüarı ilə keçirilib.

Qayıdış haqqı yürüşləri 2018-ci il martın 30-dan başlanıb. Bu günədək bu aksiyalarda 270-dən çox fələstinli sionist hərbçilərin gülləsinə tuş gələrək, şəhid olub və 27 mindən çox fələstinli də yaralanıbdır.