Yəmənlilər Cizana 10 raket yağdırıblar
Fev 17, 2019 06:36 Asia/Baku
-
Cizana 10 raket yağdırıblar
Yəmən ordusu və xalq komitələri səud koalisiyasının Yəməndəki təcavüzləri və cinayətlərini bir daha cavablandırıblar. Belə ki, onlar səud hərbçilərinin Ərəbistanın Cizan məntəqəsindəki mövqelərini raket yağışına tutublar.
Yəmən ordusu və xalq komitələri bildiriblər ki, səud hərbçilərinin Cizan şəhərinin "Cəbəl Qeys" məntəqəsindəki mövqelərini "Zəlzal-1" tipindən olan on ədəd yerli ballistik raketlə hədəfə alıblar.
Yəmənli mənbələr bildiriblər ki, səudlara ağır tələfat və xəsarət vurulubdur.
Yəmən ordusu və xalq komitələri demək olar ki, gündəlik surətdə Ərəbistan ərazisini ballistik raketlərlə hədəfə alırlar. Bu addım səud koalisiyasının Yəmənə təcavüzünə və yəmənli sivilləri hədəfə almasına reaksiyada atılır.