Ərəbistan vəliəhdi Pakistana daxil olub
-
Ərəbistan vəliəhdi Pakistana daxil olub
Səudiyyə vəliəhdi Muhəmməd bin Salman Pakistan xalqının ali-səuda qarşı şüarları ilə bir zamanda bu gecə güclü təhlükəsizlik tədbirləri altında bu ölkənin paytaxtı İslamabada daxil olub.
Muhəmməd bin Salman bu ikigünlük səfərdə Pakistanın baş naziri Omran xan, prezidenti Arif Ələvi, ordunun quru qoşunlarının komandanı Qəmər Cavid Bacva və Pakistan parlamentinin üzvləri ilə görüşməli və müxtəlif sektorlarda Pakistanla həmkarlıq və investisiya sahəsində müqavilələr imzalamalıdır.
Sabah Pakistanda ümumi tətil elan olunub və İslamabadın qırmızı məntəqəsinin ətrafında güclü təhlükəsizlik tədbirləri görülüb, əlaqəsi olmayan bütün şəxslərin İslamabadın diplomatik və qırmızı məntəqəsinə gediş-gəlişləri qadağan olunub.
Bəzi medialar da İslamabadın bəzi həssas məntəqələrində rabitə və internet xətlərinin bağlanmasından xəbər veriblər.