Fev 18, 2019 11:48 Asia/Baku
  • Bəhreyn alimləri şeyx İsa Qasimə dəstək veriblər
    Bəhreyn alimləri şeyx İsa Qasimə dəstək veriblər

Bəhreyn alimlər heyəti xalq kütlələri və inqilabçı qrupların Bəhreyn islam hərəkatının rəhbəri şeyx İsa Qasiməm dəstək verdiklərini vurğulayıb .

Rəsa xəbər agentliyinin verdiyi məlumata görə, Bəhreyn Alimlər Heyəti dünən 14 fevral inqilabının ildönümü günü münasibəti ilə bəyanat verərək ölkənin xalq kütlələri və inqilabçı qruplarını şeyx İsa Qasimə tabe olmağa və inqilabı davam etdirməyə çağırıb. 

Heyət bildirib: Bəhreyn xalqı öz mübarizəsi üçün ağır xərclər ödəmiş olsa da demokratik tələblər və azadlıq uğrundakı mübarizəsini davam etdirəcək. 

Şeyx İsa Qasimi cümə axşamı 14 fevral inqilabının ildönümü günü münasibəti ilə müraciətində Bəhreyn xalqını siyasi səhnədə fəal iştiraka çağırıb. 

14 fevral Bəhreyn xalqının inqilabının ildönümü günüdür . Bəhreyn 2011-ci ildən bəri Ali-Xəlifə rejiminin siyasətlərinə qarşı narazılıqların şahididir. 

Teqlər