Yəməndə xarab qida maddələri müsadirə olunub
-
Yəməndə xarab qida maddələri müsadirə olunub
Yəmənin Əlhudəydə əyalətinin məsul orqanları yəmənli didərginlərə göndərilmiş xarab olmuş qida yardımları üzrə yüzlərlə kartonun müsadirə edilməsindən xəbər veriblər.
Yəmənin Əlhudəydə əyalətinin Səxnə şəhəri didərginləri üçün nəzərdə tutulan müsadirə olunmuş yardımlar Ümumdünya Ərzaq Proqramına aid olubdur.
Yəmən Ali İnqilab Komitəsinin sədri Muhəmməd Əli Əlhusi bundan öncə Ümumdünya Ərzaq Proqramını Yəmən xalqı üçün xarab qida maddələri almaqda ittiham etmişdi.
BMT bir hesabatda bildrib ki, Yəmən savaşı dünyada ən pis insan böhranıdır. O, deyib: Yəmənin 29 milyonluq əhalisinin üçdə birindən çoxu kəskin qıtlıq xətəri qarşısındadır.
Ərəbistan ilə müttəfiqlərinin militarizmi indiyədək on altı mindən çox yəmənlinin həyatını itirməsi, on minlərlə nəfərin yaralanması və milyonlarla yəmənlinin didərgin düşməsilə nəticələnibdir.
Ərəbistanın hərbi təcavüzü habelə yoxsul Yəmən ölkəsini kəskin qida və dərman çatışmazlığı ilə üzləşdiribdir.