Səudların bazası Yəmənin ballistik raket hədəfinə çevrilib
-
Səudların bazası Yəmənin ballistik raket hədəfinə çevrilib
Yəmən ordusu və xalq komitələri dünən gecə Ərəbistanın təcavüzlərinə cavab olaraq, “Zəlzal-1” tipindən olan yerli bir ballistik raketlə səud muzdurlarının bu ölkənin Nəcran məntəqəsindəki “Akifə” bazasında yerləşən mövqelərini hədəfə alıblar.
Bu raketin diqqətlə hədəfə dəydiyini bildirən Yəmən ordusu və xalq komitələri qeyd ediblər ki, həmin hücumda bir qrup səud muzduru ölüb və ya yaralanıbdır.
Yəmən ordusu və xalq komitələri həmçinin səud hərbçilərinin Ərəbistanın Əsir əyalətindəki Məcazə məntəqəsində yerləşən mövqelərini “Zəlzal-1” raketi ilə hədəfə alıblar.
Yəmən ordusu və xalq komitələri təqribən gündəlik surətdə Ərəbistan ərazisinin dərinliklərini ballistik raketlərlə hədəfə alırlar ki, bu addım səud koalisiyasının Yəmənə təcavüzünə və bu ölkə mülkilərini hədəfə almasına reaksiyada atılır.