“Qayıdış haqqı” yürüşləri şəhidlərinin sayı 267 nəfərə çatıb
Fev 24, 2019 07:25 Asia/Baku
-
haqqı” yürüşləri şəhidlərinin sayı 267 nəfərə çatıb
Fələstin İnsan Haqları Mərkəzi- “Mizan” bildirib ki, “Qayıdış haqqı” yürüşlərinin Qəzzə zolağında başlanmasından bəri 267 fələstinli şəhid olub.
Bu mərkəz qeyd edib ki, sionist rejim hələ üçü uşaq olmaqla on bir şəhidin cənazəsini öz ailəsinə təhvil verməyibdir.
Fələstin İnsan Haqları Mərkəzi- “Mizan”ın məlumatına görə, şəhidlərin arasında qırx uşaq, iki qadın, səkkiz əlil, üç yardımçı və iki jurnalist mövcuddur.
"Yer günü" münasibətilə 2018-ci il martın 30-dan Qəzzə zolağında başlanan dinc mahiyyətli "Qayıdış haqqı" yürüşləri davam etməkdədir.
Bu yürüşdə sionist hərbçilərin atəşləri nəticəsində azı 27 min fələstinli yaralanıb.