Yəmənlilərin Ərəbistanın Əsir vilayətinə raket və artilleriya hücumu
https://azeri.sahartv.ir/news/qərbi_asia-i335481-yəmənlilərin_Ərəbistanın_Əsir_vilayətinə_raket_və_artilleriya_hücumu
Yəmən ordusu və xalq komitələri bazar günü axşam Səudiyyə rejiminin təcavüzlərinə cavab olaraq, Ərəbistanın bu ölkənin cənubunda yerləşən Əsir vilayətindəki hərbi mövqelərini yerli istehsal olan bir ədəd ballistik "Zilzal 1" raketi və onlarla mina mərmisi ilə hədəfə alıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 25, 2019 07:19 Asia/Baku
  • Yəmənlilərin Ərəbistanın Əsir vilayətinə raket və artilleriya hücumu
    Yəmənlilərin Ərəbistanın Əsir vilayətinə raket və artilleriya hücumu

Yəmən ordusu və xalq komitələri bazar günü axşam Səudiyyə rejiminin təcavüzlərinə cavab olaraq, Ərəbistanın bu ölkənin cənubunda yerləşən Əsir vilayətindəki hərbi mövqelərini yerli istehsal olan bir ədəd ballistik "Zilzal 1" raketi və onlarla mina mərmisi ilə hədəfə alıb.

İRİB-nin bildirdiyinə görə, Yəmənin Əl-Məsirə informasiya kanalı bu ölkə ordusu və xalq komitələrinin Səudiyyə hərbçilərinin Əsir vilayətindəki Əl-Rəbuə, Ələb və Məcazə məntəqələrindəki mövqelərini hədəfə aldığını bildirib. 

Yəmənli qaynaqlar bu hücumda onlarla səudiyyə hərbçisinin öldüyü və yaralandığını bildiriblər. 

Yəmənin bu günlərdəki raket və artilleriya hücumları İsveç anlaşmasının pozulmasına və təcavüzkar Səudiyyə koalisiyasının Yəmənin qərbində, Əl-Hüdəydədə atəşkəsə sadiq qalmamasına cavab olaraq baş tutur. 

İsveçdə Səna və Ər-Riyad heyəti arasında əldə olunmuş atəşkəs anlaşması 18 dekabrdan qüvvəyə minib. Amma, Səudiyyə koalisiyası onu pozur. 

Əl-Hüdəydə limanı Yəmənə humanitar yardımların göndərildiyi başlıca marşrutdur.